Ankaradakı üçtərəfli görüşün proqramı açıqlandı

GÜNDƏM
11:50
22 Fevral 2021
67

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin sabah Ankarada keçiriləcək 5-ci üçtərəfli görüşünün proqramı açıqlanıb.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkmənistan XİN başçısı Rəşid Meredovun iştirakı ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçiriləcək.

Görüşlərdə ölkələr arasındakı münasibətlər və regional proseslərlər ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün atıla biləcək addımlar müzakirə olunacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistan XİN başçısını qəbul edəcəyi gözlənilir.

Xəbər lenti