Qaxda qar örtüyünün hündürlüyü 42 sm-ə çatıb

XƏBƏR
11:10
22 Fevral 2021
45

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən Sabah.az-a bildirilib ki, fevralın 22-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 42, Gədəbəydə 22, Göygöldə 19, Kişçayda (Şəki) 17, Lerikdə 15, Şəkidə 14, Qrızda 12, Altıağac, Oğuzda 10, Xaltanda 6, Yardımlı, Ağdərədə (Ordubad) 5, Qubada 3, Qəbələ, Zaqatala, Qusarda 1 sm olub.

Düşən yağıntının miqdarı Neftçalada 7, Lənkəranda 6, Lerikdə 5, Yardımlı, Astarada 4, Beyləqan, Cəfərxanda 2,  Şərur, Göygöl, Qəbələ, Mərəzə, Zərdab, İmişli, Kürdəmir, Maştağa, Binədə 1 mm-dək olub.

Havanın temperaturu fevralın 21-də Bakıda iqlim norması daxilində, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, Naxçıvan MR-da 2-4, aran rayonlarında 0-3, dağlıq rayonlarda 6-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 16 dərəcəyədək şaxta olub.

Xəbər lenti

17:06 27 Fevral 2021
14:42 27 Fevral 2021
13:11 27 Fevral 2021
12:11 27 Fevral 2021