Gəncədə yaşayış binasında yanğın

HADİSƏ
09:22
22 Fevral 2021
69

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Sabah.az xəbər verir ki, binanın ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanında geyim əşyaları 1 m² sahədə və pəncərə çərçivəsi 1 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti