Ermənistanda Paşinyanın istefası tələbi ilə mitinq keçirilir
Hazırda İrəvanın Azadlıq Meydanında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilir.
Sabah.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, mitinq, hökumət başçısının getməsini istəyən 15 siyasi qüvvəni birləşdirən “Vətənin Xilası Naminə Hərəkatı”nın təşkilatçılığı ilə baş tutub.
Aksiyada müxalif siyasi və ictimai xadimlər, keçmiş deputatlar və nazirlər, Erməni Apostol Kilsəsinin nümayəndələri iştirak edirlər.
Daha çox