Bakıda narkotik alverçilərinə qarşı əməliyyat keçirildi - Video

HADİSƏ
14:57
20 Fevral 2021
94

Səbail rayonunda həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Sabah.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə vətəndaş Nurlan Kişiyev metronun “İçərişəhər” stansiyasının yaxınlığında saxlanılıb. Onun üzərindən 2 büküm narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. N.Kişiyev ifadəsində narkotik vasitələri Nicat adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirib.

Keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyev də tutulub. Onun üzərindən və yaşadığı evdən ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini bildirib.

Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Səbail Rayon Polis İdarəsində  Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti