Azərbaycanda 101 yaşlı qadına peyvənd vuruldu

ÖLKƏ
13:59
20 Fevral 2021
66

Azərbaycanda 101 yaşlı qadın COVID-19 əleyhinə peyvənd olunub.

Sabah.az TƏBİB-ə istinadən xəbər verir ki, söhbət İsmayıllı rayon sakini, 1920-ci il təvəllüdlü Ziliyeva Şamama Sədr qızından gedir. 

Qeyd edək ki, ölkə ərazisində vaksinasiya prosesi yanvar ayının 18-dən etibarən başlanılıb. Birinci mərhələdə tibb işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər peyvənd olunublar. Fevralın 17-dən isə yaşı 50-dən yuxarı olan şəxslərin də vaksinasiyasına başlanılıb.

Xatırladaq ki, bundan öncə Lənkəran rayon sakini, 100 yaşlı Şananə Mahmudova da COVID-19 əleyhinə peyvənd olunmuşdu.

Xəbər lenti