Gecə 3 radələrində işləyən çayxana aşkarlandı

ÖLKƏ
10:52
20 Fevral 2021
69

Quba polis əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazidə xidmət aparan zaman gecə saat 03:00 radələrində rayonun Mirzəməmmədkənd kəndi ərazisində yerləşən K.Xanmədova məxsus çayxananın fəaliyyət göstərdiyini müəyyən ediblər.

Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyektin sahibi və orada olan 3 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və onlar məsuliyyətə cəlb olunublar.

Xəbər lenti