Bakıda bağçalara uşaq qəbulu dayandırıldı

ÖLKƏ
18:01
19 Fevral 2021
104

Məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) uşaq qəbulu müvəqqəti dayandırılıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bağça rəhbərləri və müəllimlərin vaksinasiyası başa çatana qədər məktəbəqədər təhsil müəssisələrində yeni uşaqlar qəbul edilməyəcək. Daha sonra epidemioloji vəziyyətdən asılı olaraq məsələyə baxılacaq.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən faktı təsdiqləyiblər.

Xatırladaq ki, uşaq bağçaları fevralın 15-dən fəaliyyətini bərpa edib.

Xəbər lenti