Gün ərzində Bakının mərkəzi küçəsində ikinci tıxac - Fotolar

XƏBƏR
17:41
19 Fevral 2021
75

Heydər Əliyev prospekti şəhər mərkəzi kənar yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb. O bildirib ki, sıxlıq səbəbindən metronun “İçəri şəhər” “28 May”, “Gənclik”və “N.Nərimanov” stansiyaları istiqamətində ekspress və müntəzəm xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb:

“Bu, artıq bu gün eyni yolda avtomobillərin hərəkətində qeydə alınan ikinci sıxlıq halıdır. Bu dəfə sıxlığa səbəb Bağırov körpüsü adlanan tuneldən çıxışda beton qarışdıran mikserli yük avtomobilindən yolun hərəkət hissəsinə beton qarışığının tökülməsidir”.

Xəbər lenti