Bakıda gənc qız özünü 20-ci mərtəbədən atdı
Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.
Sabah.az “Report”a istinadən xəbər verir ki, 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib.
Qadın evin həyətində olan avtomobilin üzərinə düşüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha çox