Deputat Məhkəmə-Hüquq Şurasının üzvü təyin ediləcək

ÖLKƏ
11:20
19 Fevral 2021
66

Milli Məclisin deputatı Nizami Səfərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin ediləcək.

Sabah.az xəbər verir ki, bununla bağlı “N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında” sənəd parlamentin fevralın 23-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, N.Səfərov MM-nin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. O, Prezident tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı  və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xəbər lenti