Snayper-kəşfiyyatçımızın keçdiyi döyüş yolu - Video

ÖLKƏ
09:40
19 Fevral 2021
170

Vətən müharibəsində torpaqlarımızın düşməndən azad olunması uğrunda döyüşən qəhrəmanlarımızdan biri də snayper-kəşfiyyatçı Pərviz Urkayevdir.

Sabah.az xəbər verir ki, “Xəzər xəbər” qazimizin evində olub və onun keçdiyi döyüş yolunu işıqlandırıb.

Müharibədə yaşadıqlarından danışan qazimiz döyüşlərdə yaralandığını da bildirib. Onun sözlərinə görə, komadan ayılandan sonra ayağının topuqdan aşağı hissəsinin olmadığını görüb. Əvvəl elə zənn edib ki, ayağı amputasiya edilib, daha sonra minaya düşərkən ayağının elə yerindəcə qopduğunu öyrənib.

Snayper-kəşfiyyatçı Pərviz Urkayev döyüşlərdə göstərdiyi şücaətə görə, “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Xəbər lenti