Yığmamızın Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi

İDMAN
21:42
3 Mart 2020
114

Bu gün futbol üzrə UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilir.

Sabah.az xəbər verir ki, Niderlandın paytaxtı Amsterdamda təşkil olunan tədbirdə Azərbaycan milli komandasının C Liqasındakı rəqibləri müəyyənləşib.

Yığmamız Lüksemburq, Kipr və Monteneqroya rəqib olub.

C liqası
1-ci qrup

Azərbaycan
Lüksemburq
Kipr
Monteneqro

Millətlər Liqasının qrup oyunlarının təqvimi

I tur: 1 - 3 sentyabr
II tur: 6 - 8 sentyabr
III tur: 8 - 10 oktyabr
IV tur: 11 - 13 oktyabr
V tur: 12 - 14 noyabr
VI tur: 15 - 17 noyabr

Qeyd edək ki, Millətlər Liqasının qalibi yenə A Liqasında birinci yeri tutan 4 komanda arasında 2-6 iyun 2021-ci ildə təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək. Turnirin ilk qalibi Portuqaliya yığmasıdır.

Xəbər lenti