Lavrov Ayvazyanla üçtərəfli bəyanatların icrasını müzakirə etdi

GÜNDƏM
12:30
18 Fevral 2021
57

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Ara Ayvazyan Moskvada keçirilən danışıqlarda Qarabağla bağlı üçtərəfli bəyanatların icra olunmasının bütün aspektlərini müzakirə ediblər.

Sabah.az xəbər verir ki, bu barədə bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icra olunmasının bütün aspektləri ilə bağlı ətraflı müzakirə aparılıb. Əsas diqqət hərbi əsirlərin mübadiləsi, humanitar yardım, regionda nəqliyyat əlaqələrinin bərpa edilməsi, habelə baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupu vasitəsilə səylər kontekstində məsələlərini müzakirəsinə ayrılıb.

Xəbər lenti