Gürcüstan hökuməti tam tərkibdə istefa verdi - Yenilənib

GÜNDƏM
11:07
18 Fevral 2021
74

Gürcüstan Baş naziri Georgi Qaxariya istefa verib.

Sabah.az xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi brifinqdə məlumat verib.

Hökümət rəhbəri ölkədəki siyasi böhran fonunda istefa qərarını aldığını açıqlayıb.

Qeyd edək ki, 45 yaşlı G.Qaxariya 2019-cu ilin sentyabrından Gürcüstanın baş naziri idi.

***

Gürcüstan hökuməti tam tərkibdə istefa verib.

Buna səbəb Baş nazir Giorgi Qaxariyanın istefası ilə səlahiyyətlərinin dayandırılmasıdır.

Hökumət üzvləri yeni baş nazirin təyinatına qədər vəzifələrini icra edəcəklər.

Ölkə parlamenti 2 həftə ərzində yeni hökumət və onun təqdim etdiyi nazirlər kabinetinə etimad göstərməlidir.

Xəbər lenti