Magistraturaya sənəd qəbulu bu gün başa çatır

ÖLKƏ
09:18
18 Fevral 2021
29

Magistraturaya sənəd qəbulu bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən Sabah.az-a verilən xəbərə görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və 18 fevral saat 23:59-dək davam edəcək.

İmtahan 2021-ci il fevralın 28-də keçiriləcək.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

Xəbər lenti