Ali Məhkəmə “Lider TV” ilə bağlı qərar verdi

XƏBƏR
17:08
17 Fevral 2021
90

Ali Məhkəmədə “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından kassasiya şikayətinə baxılıb.

Sabah.az xəbər verir ki, hakim Kəmalə Abıyevanın sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib və “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə çıxarıb.

Qətnamədən verilən şikayəti Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

Xəbər lenti