Ceyhun Bayramovla Lavrovun telefon danışığı oldu - Yenilənib
Fevralın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Sabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, XİN başçıları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli Moskva razılaşmalarının həyata keçirilməsini, eləcə də ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, bu gün Sergey Lavrov Ermənistan XİN rəhbəri Ara Ayvazyanla görüş keçirəcək.
***
Azərbaycan XİN telefon danışığı ilə bağlı açıqlama yayıb.
Məlumatda bildirilib ki, cari ilin 17 fevral tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha çox