Qanunu pozan 25 aptek məhkəməlik olub

XƏBƏR
12:22
17 Fevral 2021
45

“Ötən il ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 30 aptekdə yoxlamalar aparılıb”.

Sabah.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn konfransda məlumat verib.

O bildirib ki, 25 aptekdə qanun pozuntusu aşkarlanıb: “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən apteklərdə dərman vasitələrinin qiymətləri ilə bağlı monitorinqlər aparılıb, istehsalçı və idxalçılarla görüşlər keçirilib. Dərmanlar tənzimlənən qiymətlərlə aparılır, bundan kənara çıxan apteklərlə bağlı 25 iş üzrə məhkəməyə müraciət olunub”.

Xəbər lenti