Çavuşoğlunun Bakıya səfər proqramı açıqlandı

GÜNDƏM
11:46
17 Fevral 2021
44

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlanıb.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. Qeyd olunub ki, 18-19 fevral tarixlərində Azərbaycana səfər edəcək Çavuşoğlu xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək və Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək.

Səfər zamanı Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri David Zalkalianinin iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin 9-cu görüşü keçiriləcək.

Həmçinin Çavuşoğlu və Zalkalianinin ikitərəfli görüş keçirəcəyi də planlaşdırılır.

Görüşlərdə ölkələr arasında əlaqələr və regional məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Xəbər lenti