Ötən il ətraf mühitə dəyən ziyanın məbləği açıqlandı
“Azərbaycanda ötən il ərzində ətraf mühitə 4,5 milyon həddində ümumi ziyan iddiası qaldırılıb”.
Sabah.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı” verilişində bildirib.
O qeyd edib ki, 3 milyon 100 mindən artıq cərimə ödənilib.
H.Əlizadə əlavə edib ki, iddialar qaldırılır, icraata göndərilir və ödənilmə baxımından müəyyən müddət tələb edir.
Daha çox