Kafedə “xınayaxdı” keçirənlər cərimələndi
Salyan polisi tərəfindən şəhər ərazisində xidmət aparılan zaman “Tomris” kafesində sanitar-karantin rejiminin tələblərini pozaraq çoxsaylı qonaqların iştirakı ilə gizli şəkildə “xınayaxdı” mərasimi təşkil edildiyi müəyyən edilib.
Sabah.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, polislər tərəfindən məclisin keçirilməsinin qarşısı alınıb.
Məclisin təşkilatçısı və iştirakçılar barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.
Daha çox