AFFA "Qarabağ" və "Neftçi"ni cərimələdi

İDMAN
14:49
16 Fevral 2021
34

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sabah.az xəbər verir ki, iclasdan sonra Premyer Liqanın 15-ci turunda oynanılan "Qarabağ" - "Neftçi" matçında (1:2) baş verənlərlə bağlı qərarlar açıqlanıb.

Matçın 73-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Kevin Medina “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Klub isə 3200 manat cərimə edilib.

Qarşılaşmanın 22-ci dəqiqəsində “Neftçi”nin oyunçusu Buludov Ömər “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəza alıb. Paytaxt klubu buna görə 1600 manat cərimələnib.

"Neftçi"nin digər üzvü Mamadou Kane qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun, kluba isə 200 manat cəza kəsilib. İkinci sarı vərəqəni alaraq meydandan qovulan "Neftçi"nin futbolçusu Vojislav Stankovic də bir oyunluq cəza ilə üzləşib. Klubu 200 manat cərimə olunub.

"Neftçi"nin 3 futbolçusu qırmızı vərəqə aldığı üçün kluba 4800 manat cərimə də tətbiq edilib.

Xəbər lenti

17:06 27 Fevral 2021
14:42 27 Fevral 2021
13:11 27 Fevral 2021
12:11 27 Fevral 2021