Çay evində müştərilərə qəlyan verən icarədar cərimələndi
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Arena” çay evində karantin qaydalarının pozularaq müştərilərin qəlyandan istifadə etdiyi aşkarlanıb.
Sabah.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, obyekti icarə əsasında işlədən Rüfət İlyasov Polis Şöbəsinə gətirilib və barəsində cərimə protokolu tərtib olunub.
Qeyd edək ki, COVID-19 infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulan qəlyan avadanlıqlarından istifadə qadağan edilib.
Daha çox