"Vaksindən sonra baş ağrısı, qızdırma əlamətləri əks təsir deyil" - TƏBİB

ÖLKƏ
09:22
16 Fevral 2021
292

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus əleyhinə vurulan vaksinin mümkün əlavə təsirlərinin nə olduğunu açıqlayıb.

Sabah.az xəbər verir ki, TƏBİB-in məlumatına görə əhali arasında yayılan vaksindən sonra mümkün ola biləcək - baş ağrısı, əzələ ağrısı, qızdırma və s. kimi əlamətlər əks təsir deyil, əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə reaksiya verməsinin göstəricisidir.

Vaksin istehsal edən şirkət tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.

Xəbər lenti