UEFA Azərbaycan klublarına pul köçürdü

İDMAN
12:55
15 Fevral 2021
40

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən, lakin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməyən klublara 2019/20-ci il mövsümünü əhatə edən qurumun "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində əlavə maliyyə vəsaiti ayırıb.

Sabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

"Qarabağ" ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynadığı üçün bu komandaya pul ayrılmayıb. Premyer Liqanın digər 7 təmsilçisinin - "Neftçi", "Səbail", "Qəbələ, "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"nin hər birinə isə 74 633 71 avro ödənilib.

Qeyd edək ki, "Keşlə" üçün nəzərdə tutulmuş vəsait aylıq cari xərcləri ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Xəbər lenti

17:06 27 Fevral 2021
14:42 27 Fevral 2021
13:11 27 Fevral 2021
12:11 27 Fevral 2021