“Space”ə yeni rəhbər təyin edilib? - Yenilənib

GÜNDƏM
11:44
15 Fevral 2021
107

"Space" TV-yə yeni rəhbər təyin olunub.

Sabah.az xəbər verir ki, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.

Qeyd edək ki, kanalın eks-rəhbəri Vaqif Mustafayev fevralın 5-ində tutduğu vəzifədən azad edilib. O, kanala 2006-cı ildən rəhbərlik edib.

K.Şahverdiyev indiyə qədər telekanalda icraçı direktor vəzifəsini tuturdu. O, dahi sənətkar Rəşid Behbudovun qızı Rəşidə Rəşidlə evlidir. K.Şahverdiyev eyni zamanda Rəşid Behbudov Fondunun da direktorudur. 

***

"Space" TV-dən bildirilib ki, Kamil Şahverdiyev müvəqqəti olaraq kanalın rəhbəri vəzifəsini icra edir.

Xəbər lenti