Prezident 8,19 milyon vəsait ayırdı

ÖLKƏ
18:40
3 Mart 2020
17

Prezident İlham Əliyev Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, sərəncamla Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 8,19 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Sıra

№-si

Ərazi vahidləri

 

Ağstafa rayonu

 1.

Dağ Kəsəmən kəndində yeni massiv

 

Gədəbəy rayonu

 1.

Arıqıran kəndi

  2. 

Gərgər kəndi

 3. 

Qasımlı kəndi

 

Şəmkir

 1.

Aşağı Çaykənd kəndi

  2. 

Şəmkir şəhərində 2 yeni massiv

 

Tovuz rayonu

 1.

Cirdək kəndi

  2. 

Çatax kəndi

Xəbər lenti