“Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verildi - Foto

XƏBƏR
18:32
3 Mart 2020
44

Martın 3-də “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib.

Sabah.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə kompleks barədə məlumat verib.

Dövlətimizin başçısı kompleksin işə salınmasını bildirən düyməni basıb.

Sonra Prezident İlham Əliyev kompleksin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

 

Xəbər lenti