Dörd aydır itkin düşən əsgərimizin şəhid xəbəri gəldi

GÜNDƏM
11:03
13 Fevral 2021
230

Vətən müharibəsində itkin düşən daha bir əsgərin şəhid olduğu müəyyənləşib.

Sabah.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

İmişli rayon sakini, 1997-ci il təvəllüdlü Məmmədli Cavidan Valeh oğlu oktyabrın 1-dən itkin düşüb. Dörd aydan sonra onun nəşi tapılaraq ailəsinə təhvil verilib.

Şəhid Cavidan Məmmədli bu gün doğulduğu rayonda dəfn ediləcək.

Xəbər lenti