Azərbaycan nefti 63 dollara yaxınlaşır

ÖLKƏ
10:40
13 Fevral 2021
52

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

Sabah.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0.53 dollar artaraq 62,77 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2020-ci ilin aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

Xəbər lenti