Şuşada iki ev yandı

GÜNDƏM
09:18
13 Fevral 2021
71

Şuşada iki ev yanıb.

Sabah.az FHN-ə istinadən xəbər verir ki, Şuşa şəhərində ümumi sahəsi 250 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Bundan başqa Şuşa şəhərində ümumi sahəsi 50 m² olan ikimərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti