Günel Gözəlova vəzifəsindən ayrıldı

ÖLKƏ
16:48
12 Fevral 2021
135

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova istefa verib.

Sabah.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat paylaşıb:

"Əziz dostlarım, həmkarlarım! Bu gündən artıq illərdir çalışdığım iş yerimdən ayrılmaq qərarı aldım və rica edirəm heç kəs səbəb axtarmasın, çünki bu dünyada insan həyatı belə əbədi deyil. Keçmişə hörmət, gələcəyə inamla davam etməliyik hər bir yolun sonunda. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və kollektivi bundan sonra da mənim üçün doğma olacaq!"

Qeyd edək ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ötən ay vəzifəsindən azad edilib. Onu “Azərkosmos”un sədri Rəşad Nəbiyev əvəzləyib.

Xəbər lenti