Qaregin Nijdenin Xocavənddəki abidəsi söküldü
Erməni faşizminin banilərindən biri, hərbi cinayətkar Qaregin Njdenin Azərbaycanın Xocavənd şəhərində yeni qoyulan heykəli sökülüb.
Sabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə müstəqil deputat Sofya Ovsepyan məlumat yayıb.
“Abidə dəqiq sökülüb və Tarix Muzeyinə daşınıb”, - deyə o, vurğulayıb.
Qeyd edək ki, "Aparaj" nəşrinin ötən gün yaydığı məlumata görə, Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yüksək rütbəli zabiti şəhər "merindən" abidənin sökülməsini tələb etmiş, lakin "mer" Edik Avanesyan bundan imtina edərək, "Sabah da Montenin heykəlini sökməyi istəyərsiniz", - deyə bildirmişdi.
Buna baxmayaraq, ermənilər heykəli götürməyə məcbur olublar.
Daha çox