“Həmin güzəşt Qarabağ müharibəsi əlillərinə şamil edilmir”

ÖLKƏ
11:43
12 Fevral 2021
50

“Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının bəzi rüsumlardan azad edilməsi Qarabağ müharibəsi əlillərinə şamil edilmir”.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, bu barədə ona Qarabağ müharibəsi əlilləri müraciət edib: “Bu məsələni İqtisadi komitənin sədri Tahir müəllimlə də müzakirə edək. Lazımdısa, “Dövlət rüsumu” haqqında qanunda müvafiq dəyişiklik edilməsi məsələsini aidiyyatı qurumlar qarşısında qaldıraq”.

Xəbər lenti