Koronavirus hansı halda ağciyərdə fəsad saxlayır?
“Koronavirusa yoluxan insanın ağciyərində fəsadın qalıb-qalmaması həmin şəxsin keçirdiyi xəstəliyin ağırlıq dərəcəsindən asılıdır”.
Sabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışı zamanı bildirib.
O qeyd edib ki, əgər ciyərlərin 50-70 faiz zədələnməsi baş verərsə, orada fibroz toxumanın inkişaf etməsi qaçılmazdır: “Xəstəlik həmin şəxslərdə öz izini qoyur. Xüsusən yaşlı insanlarda buna rast gəlinir. Çünki həmin şəxslərin immun sistemi zəif olur, yanaşı xəstəlikləri olur. Sağ qalsa belə, cavanlara nisbətən onun bərpa olma imkanları daha azdır”.
Daha çox