Baş infeksionist yoluxanların nə vaxt peyvənd olunacağını açıqladı

ÖLKƏ
16:40
11 Fevral 2021
88

“Peyvəndi ona görə vurdururuq ki, əvvəlki həyata qayıdaq”.

Sabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19 mövzusunda” çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vaksinlər həqiqətən təhlükəsiz və kifayət qədər effektivdir: “Sadəcə vaxtında vurulmalıdır. Xəstəliyi keçirmiş şəxslərə peyvənd vurulması əks göstərici deyil. Sadəcə xəstəliyi keçirdiyinə görə, müəyyən qədər qoruyuculuğu var. Müəyyən vaxtdan sonra ona vaksin vurula bilər”.

Baş infeksionist bildirib ki, 6 ay əvvəl xəstəlik keçirən şəxs risk qrupudursa, peyvənd olunur. Onun sözlərinə görə, bu cür şəxslər peyvəndləmə sırasında axırıncı yerlərdədir, çünki ondan qabaqda müəyyən insan qrupu var ki, onlar peyvənd olunmalıdır:

“Yəni, xəstəliyi keçirənlər son mərhələdə peyvənd olunacaqlar. İndiki məlumatlara görə, ən azı 6 ay keçməlidir ki, biz həmin şəxsi peyvəndə cəlb edək”.

Xəbər lenti