"COVID-19 vaksini Milli peyvənd təqviminə salına bilər"

ÖLKƏ
15:51
11 Fevral 2021
134

“COVID-19 vaksini Milli peyvənd təqviminə salına bilər, bu, yalnız Azərbaycanda deyil, dünyada müzakirə olunur”.

Sabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışında deyib.

O bildirib ki, bu infeksiyanı keçirənlərdə immunitet yaranır: “İnfeksiyanın mövsümü olub-olmaması necə idarə olunmasından asılı olacaq. Burda birinci məsələ xəstəliyi keçirən insanlarda nə qədər davamlı immuninet yaranmasıdır. İkincisi, istifadə olunan profilaktik peyvəndlər özləri nə qədər müddətə qoruyur. Qoruma 6 ay 1 il müddətinə olursa, sonra yenidən yoluxma baş verirsə, onlara təkrar peyvənd vurulmalıdır. Hər bir ölkə özü qərar verib bunu təqvimə salır”.

Xəbər lenti