Videogörüntülərə görə işdən çıxarılan baş həkimin yerinə təyinat
Astara rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.
Sabah.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Azadxanov Elnur Ramazan oğlu “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub.
Qeyd edək ki, TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur.
Xatırladaq ki, sosial şəbəkələrdə koronavirus təhlükəsi ilə bağlı karantinə alınan şəxslərin videogörüntüləri yayılmışdı. Onlar xəstəxanadakı şəraitdən narazılıqlarını ifadə etmişdilər.
Fevralın 26-da isə TƏBİB-in rəhbərliyi Astara Rayon Mərkəzi Xəstəxanasında koronavirusla bağlı yaradılmış şəraitlə yerində tanış olub və işində yol verdiyi nöqsanlara görə xəstəxananın baş həkimi Əlövsət Əliyev işindən azad etmişdi.
Daha çox