Xocavənd və Füzuliyə qanunsuz gedən daha 6 nəfər saxlanıldı - Video

HADİSƏ
15:49
10 Fevral 2021
60

Fevralın 9-da Xocavənd və Füzuli rayonları ərazilərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib.

DİN-dən Sabah.az-a verilən məlumata görə, nəticədə qeyd edilən rayonların işğaldan azad edilən ərazilərinə qanunsuz yollarla keçmiş 6 nəfər Ağcabədi rayon sakini - Qafar Qələndərov, Firdovsi Əliyev, Emin Mamedov, Səfər Əliyev, Elçin Əliyev və Mahir Mamedov müəyyən edilərək saxlanılıblar.

Həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

Xəbər lenti