Azərbaycanda sabiq icra başçısı vəfat etdi

GÜNDƏM
11:28
10 Fevral 2021
95

Göygöl Rayon (keçmiş Xanlar rayonu) İcra Hakimiyyətinin sabiq başçısı Pənah Məmmədov vəfat edib.

Sabah.az "Report"a istinadən xəbər verir ki, o, 62 yaşında ürəktutmadan dünyasını dəyişib.

P.Məmmədov yaşadığı Gəncə şəhərindəki qəbiristanlıqda dəfn olunub.

Qeyd edək ki, Pənah Mustafa oğlu Məmmədov 1992-1993-cü illərdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı olub.

Allah rəhmət eləsin!

Xəbər lenti