Bakıda evdə yanğın, 1 nəfər öldü
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsi ünvanında fərdi evdə yanğın olması barədə məlumat daxil olub.
Sabah.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.
İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkarlanıb.
Əlavə məlumat veriləcək.
Daha çox