İsraildə bəzi seçki nəticələrinin sayılmasından imtina edildi

XƏBƏR
14:35
3 Mart 2020
60

Koronavirus İsraildə bazar ertəsi keçirilən parlament seçkilərinə də təsir edib.

Sabah.az İsrailin “12-ci Kanal”ına istinadən xəbər verir ki, koronavirusa yoluxma şübhəsiylə karantində olan 5, 600-dən çox seçici üçün özəl seçki mətəqələri yaradılıb.

Karantində olanların 70 faizindən çoxu səs verib. Lakin Mərkəzi Seçki Komissiyasının rəsmiləri seçki qutularına qoyulan səsləri saymaqdan imtina ediblər. Bu səslərin İsrailin səhiyyə xidmətinin işçiləri tərəfindən sayıla biləcəyi bildirilib.

Qeyd edək ki, ilkin nəticələrə görə, İsrailin Baş Naziri Benyamin Netanyahunun “Likud” partiyası parlamentdə 120 yerdən 37-ni qazanaraq liderdir.

Xəbər lenti