Avtomobil aşdı, sürücü və sərnişin öldü

HADİSƏ
12:06
8 Fevral 2021
89

Şəkidə 2 nəfərin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Aşağı Göynük kəndi ərazisində kənd sakini E.Musayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb. Qəza nəticəsində sürücü və sərnişini D.Mustafayev hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti