Teymur Rəcəbov bu gün Levon Aronyanla qarşılaşacaq

İDMAN
11:33
8 Fevral 2021
88

Bu gün Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində son 5 tur oynanılacaq.

Sabah.az xəbər verir ki, "Opera Euro Rapid"in görüşlərindən sonra pley-offa vəsiqə qazanan 8 şahmatçı müəyyənləşəcək.

Azərbaycanı təmsilçisi Teymur Rəcəbov ardıcıl Dinq Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Uesli So (ABŞ) və Levon Aronyan (Ermənistan) ilə üz-üzə gələcək.

Hazırda Rəcəbovun aktivində 10 oyuna 5,5 xal var. O, ermənistanlı Levon Aronyan və fransalı Maksim Vaşye-Leqravla birgə 5 - 7-ci yerləri bölüşür. Turnir cədvəlinə 7 xalla norveçli Maqnus Karlsen rəhbərlik edir. ABŞ təmsilçisi Uesli So və niderlandlı Aniş Giri 6,5 xalla 2-3-cü yerləri bölüşür. Rusiyalı Yan Nepomnyaşi isə 6 xalla 4-cüdür.

Xatırladaq ki, Çempionlar Turunun ikinci mərhələsində “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.

Əlavə edək ki, "Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

Xəbər lenti