Vendi Morton Bakıya gəldi

GÜNDƏM
09:40
8 Fevral 2021
52

Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Morton Vendinin Azərbaycana səfəri başlayıb.

Sabah.az xəbər verir ki, bu barədə Böyük britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tvitterdə yazıb.

Səfir qeyd edib ki, Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Morton Vendi regiona ilk səfərini Bakıdan başlayıb.

Qeyd edək ki, iki günlük səfər çərçivəsində Morton Vendi bir sıra rəsmi görüşlər keçirəcək.

“Salam Bakı, Azərbaycan! Azərbaycana ilk səfər edən Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri olaraq, qadınların hüquqlarını inkişaf etdirmək üçün onların biznes və siyasətdə daha çox imkanlara sahib olmasını və zorakılıqdan qorunmasını təmin etmək məqsədi ilə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə yaxından əməkdaşlıq edəcəyəm”, - deyə Vendi Morton da tvitter səhifəsində səfəri ilə bağlı paylaşım edib.

Xəbər lenti