Minimum əməkhaqqı artırıla bilər
“Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq”.
Sabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, nazirlik tərəfindən hazırlanacaq təkliflərin bu ilin ikinci yarısında hazır olacağı gözlənilir.
Nazir müavini əməkhaqqının neçə faiz artırılacağını açıqlamayıb.
A. Kərimov bununla bağlı araşdırmaların aparılacağını, bundan sonra artım faizinin müəyyən ediləcəyini söyləyib.
Daha çox