Bayraktar Azərbaycan əsgərlərinə sertifikatlar verdi - Video
Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) 77 hərbçisi Türkiyənin “Baykar” şirkətinin keçirdiyi təlimi uğurla başa vurub.
Sabah.az xəbər verir ki, 4 aydır davam edən "Bayraktar TB2 PUA Operatorluğu" təliminin sonunda buraxılış mərasimində Azərbaycan Ordusunda PUA pilotu, növbətçi komandiri, yük operatoru və texniki vəzifələri icra edəcək əsgərlərin sertifikatları verilib.
Keşan rayonunda "Baykar Uçuş Təlim Mərkəzi"ndə təşkil edilən məzuniyyət mərasimində "Baykar" şirkətinin Baş direktoru Haluk Bayraktar və texniki direktoru Səlcuq Bayraktar iştirak ediblər. Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycan Hərbi Hava Qüvvələri Komandanlığı komandirinin müavini, briqada generalı Namiq İslamzadə, Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov, Azərbaycan HHQ Komandanlığı komandir müavini və Baş qərargah Baş polkovniki Elşad Pənahov və Azərbaycan HHQ Komandanlığının rəisi, polkovnik Elçin Ahunov da iştirak edib.
Təlimçilərə sertifikatları şirkətin baş direktoru Haluk Bayraktar və “Baykar Texnologiya”nın lideri Səlcuq Bayraktar təqdim edib.
Daha çox