Ərdoğan azərbaycanlı alimə vəzifə verdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı alim Aygün Attara vəzifə verib.
Sabah.az xəbər verir ki, dövlət başçısının müvafiq qərarı “Resmi Gazete”də dərc olunub.
Qərara əsasən, professor A.Attar Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü seçilib.
Qeyd edək ki, Attar 2019-cu ildə Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri təyin edilib.
Daha çox