İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevə məktub ünvanlayıb.
Sabah.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və dost Bolqarıstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, strateji tərəfdaşlıq əlaqələrimiz birgə səylərimizlə xalqlarımızın rifahı naminə daha da güclənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, xalqınıza daim sülh və rifah arzulayıram”.
Daha çox